Fazil Mustafa həkimlərin etirazına məhəl qoymadı 

saytların hazırlanması

Evə çatdırılma

Fazil Mustafa həkimlərin etirazına məhəl qoymadı 

Sosial

27 May 2024 18:01 6406


Milli Məclisin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa həkimlərin etirazına baxmayaraq, bir neçə idman növü ilə məşğul olmağa başlayıb. 

Bunu Modern.az-a açıqlamasında deputatın özü bildirib. 

“Mənə qarşı sui-qəsddən sonra səhhətimdə yaranan problem Allaha şükür ki, artıq aradan qalxıb. İdmanı bərpa etmişəm. Artıq futbola başladım. Həkimlərin etirazına baxmayaraq, üzgüçülüklə də məşğul oluram. Yaxın vaxtlarda basketbola da başlayacam. Sağlamlığımı hərtərəfli inkişaf etdirmək istəyirəm. İnsan hərəkətsiz qalmamalı, motivasiyasını həmişə yüksək tutmalıdır”.  Dördpendirli pizza

Qeyd edək ki, 2023-cü il martın 28-də F.Mustafaya qarşı yaşadığı evin qarşısında “Kalaşnikov” avtomat silahından atəş açılaraq terror aktı törədilib. Nəticədə o, sağ çiynindən və sağ budundan güllə yarası alıb. 

Cinayəti törətməkdə şübhəli bilinən 5 nəfər saxlanılıb. 

Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277-ci (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb. 

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!