Fədayə Tacirə söz atdı: “Mən heç vaxt ad davası etmərəm“

saytların hazırlanması

Evə çatdırılma

Fədayə Tacirə söz atdı: “Mən heç vaxt ad davası etmərəm“

Şou

13 Yanvar 2021 16:15 1323


Müğənni Fədayə Laçın keçmiş duet ortağı Tacir Şahmalıoğluna söz atıb.

Yenisabah.az xəbər verir ki, izləyicisinin fəxri adlarla bağlı ünvanladığı suala ifaçı belə cavab verib:

"Mən bunu hardan bilə bilərəm ki? Qismət deyək. Güman edirəm ki, verərlər. Çünki mənim adım Fədayədir, bu hələki bəs edir. Qaldı ki, ad məsələsinə, bu da müğənniyə bir stimul verir. Məndən yaş və sənətcə böyük həmkarlarım hələ ad almayıblar. Ancaq mən heç vaxt ad davası etmərəm. Verməsələr belə, səsimi çıxarmaram ki, niyə mənə ad vermirsiniz?”. Toyuqlu pizza

Qeyd edək ki, bir müddət əvvəl müğənni Tacir Şahmalıoğlu Xalq artisti adı almaq üçün Prezidentə videomüraciət etmişdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!