“Feminist qadınların övladları gələcəkdə ədalətsiz insanlar olacaq”   – Şok iddia

saytların hazırlanması

Evə çatdırılma

“Feminist qadınların övladları gələcəkdə ədalətsiz insanlar olacaq” – Şok iddia

Sosial

23 Sentyabr 2021 14:17 1337


“Biz millət olaraq hər zaman seçilirik. Azərbaycanlılar keçmiş əsrlərdən bu günə qədər adət-ənənələrinə sadiq olub”.

Bu sözləri psixoloq Vəfa Rəşidova Yenisabah.az-a açıqlamasında söyləyib.

“Bütün gücümüzlə keçmişi, adətlərimizi qorumağa çalışmışıq. Buna görə də bəzi məqamlar var ki, onlara toxunmaq doğru deyil. İstər 100 il əvvəl ,istərsə də sonra adət-ənənəmiz cəmiyyətdə, insanlar arasında qorunub saxlanılmalıdır”. Sezar pizza

Vəfa Rəşidova feministlər haqqında da danışıb. Onların tərəfində olmadığını, lakin qadınların kişilərlə eyni hüquqa malik olduğunu bildirib:

“Mən bir psixoloq olaraq heç vaxt feministləri dəstəkləməmişəm. İnanıram ki, bundan sonra da dəstəkləməyəcəm. Bu mənim üçün dondurulmuş mövzudur, çalışıram toxunmayım.

Lakin hər zaman dediyim kimi, qadın və kişi eyni bərabərlikdədir. Qadının haqqı,hüququ kişi ilə eynidir və eyni olacaq.

Hər iki tərəf insandır, fərddir. Hər iki tərəfin müxtəlif düşüncələri, yanaşmaları var. Hər bir fərdin seçiminə həm ailədə, həm də cəmiyyətdə hörmətlə yanaşılmalıdır. Belə olduğu halda cəmiyyət daha sivil şəkildə hörmətini, ənənəsini qorumuş olur. Qadın kişi bərabərliyi qorunub saxlanılarsa, orada hörmət, haqq-ədalət olacaq.

Əgər cəmiyyətdə yalnız qadın hüquqları müdafiə olunur, kişinin hüquqları qorunmamış qalırsa, həmin cəmiyyət, ailə, insanlar gələcəyə, uğura yetə bilməz. Burada böyük bir paradoks var. Paradoks, uçurum olan situasiyada nəticə olmur. Burada “mono” hər şeyi tək, özbaşına həll edən narsist bir toplum ortaya çıxır. Yalnız qadınların haqqı üstün tutulur, önə çıxarılırsa, o qadınların da gələcəkdə böyüdəcəyi övladlar ədalətsiz insanlara çevriləcək.

Əsas məsələ hər iki cinsin bir-birinə hörmətlə yanaşmasıdır”.

Mehri Qurban

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!