Fərdi evlərlərlə bağlı yeni xəbər: “Qiymətlər kəskin artacaq”

saytların hazırlanması

Evə çatdırılma

Fərdi evlərlərlə bağlı yeni xəbər: “Qiymətlər kəskin artacaq”

Sosial

28 Fevral 2024 19:06 2649


2024-cü ildə Azərbaycanda fərdi evlərin qiyməti artacaq.

Yenisabah.az xəbər verir ki, bu barədə Qaynarinfo-ya əmlak ekspert Elnur Əsədov məlumat verib.

Ekspert hesab edir ki, fərdi evlərin tikintisi ilə bağlı təkliflər az olan ərazilərdə qiymət artımı qaçılmazdır. Elnur Əsədovun sözlərinə görə, turistlərin aktiv axını olan rayonlarda çıxarışla təmin olunmuş torpaq sahələrinin sayı məhduddur: Toyuqlu pizza

“Həmçinin oktyabr ayında qanunda müəyyən dəyişikliklər olunub. Sənədsiz və qanunvericiliyin tələblərinə uyğun olmayan torpaq sahələrində artıq fərdi evlərin tikintisi mümkün olmayacaq. Çıxarışla təmin olunmuş torpaqların qiymətində isə artım qaçılmazdır”.

Elnur Əsədovun fikirincə, ilin sonuna kimi fərdi evlərin qiymətində 15% artım gözlənilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!