Ferhat Gündoğdunun həbsinin şok detalları açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Ferhat Gündoğdunun həbsinin şok detalları açıqlandı

Dünya

04 Oktyabr 2026 14:32 84


Türkiyə Futbol Federasiyasının (TFF) Hakimlər Komitəsinin (MHK) keçmiş sədri Ferhat Gündoğdunun həbs olunmasının səbəbləri açıqlanıb. O, İstanbul Respublika Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində saxlanılıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "Haber Global" telekanalı məlumat yayıb.

Məhkəmənin qərarında Gündoğdunun hakimlərin təyinatı zamanı fərdi inkişaf və ləyaqət prinsiplərinin nəzərə almadığı, hakimlərə aid şəxsi məlumatların qanunsuz şəkildə topladığı və həmin məlumatlardan təyinatlarda istifadə etdyiyi qeyd olunub. Pepperoni pizza

İstintaq materiallarına əsasən, bəzi hakimlərin xidməti vəzifələrini icra etməsinə bu məlumatlardan istifadə edilməklə maneə yaradıldığı iddia olunur.

İş üzrə dindirilən hakimlər bildiriblər ki, Gündoğdun 2024-cü ildə vəzifəyə qayıtdıqdan sonra 2022-ci ildə heyətdən çıxarılıb sonradan Arbitraj Komitəsinin qərarı ilə bərpa olunan bəzi hakimləri yenidən siyahıdan kənarlaşdırıb və bu, "intiqam əməliyyatı" olub.

Digər ifadələrdə hakimlərin imtahan nəticələrinə və oyun təyinatlarına müdaxilə edildiyi, bəzi təyinatların klubların tələblərinə uyğun dəyişdirildiyi iddia olunub./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!