Fərid Şəfiyev: Azərbaycana təzyiqlər yalnız bir istiqamətdən qaynaqlanmır

saytların hazırlanması

Evə çatdırılma

Fərid Şəfiyev: Azərbaycana təzyiqlər yalnız bir istiqamətdən qaynaqlanmır

Siyasət

14 May 2026 10:28 107


Cənubi Qafqazda real sülh və təhlükəsizlik bərqərar olub. Bu sabitliyin əsas qarantı məhz Azərbaycandır.

"Yeni Sabah" xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib.

O, regiondakı mürəkkəb geosiyasi vəziyyətə toxunaraq bildirib ki, hazırda həm şimal, həm də cənub istiqamətində müharibələr davam edir və bu münaqişələrin necə yekunlaşacağı hələ də qeyri-müəyyəndir. Toyuqlu pizza

BMTM sədri İran ətrafında vəziyyətin gərgin olaraq qaldığını vurğulayıb.

Onun sözlərinə görə, belə bir şəraitdə bəzi qüvvələr bölgədə formalaşmış yeni reallıqlara qarşı fəaliyyət göstərirlər.

Fərid Şəfiyev qeyd edib ki, bu təzyiqlər yalnız bir istiqamətdən qaynaqlanmır:

“Təəssüf ki, Avropa tərəfindən də Azərbaycana qarşı müəyyən fəaliyyətlərin şahidi oluruq”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!