“Azərbaycana qarşı törədilən qətliam və soyqırımılarının hər biri sənədləşdirilməlidir".
Yenisabah.az Pravda-ya istinadla xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev “Regional İnsan Hüquqları və Media Mərkəzi” İctimai Birliyi Başlıbel qətliamı ilə bağlı ingilis dilində hesabatın təqdimatı zamanı deyib.
"Mütəmadi şəkildə bu illər ərzində Azərbaycana qarşı Zəngəzurda, İrəvanda və Qarabağ ərazisində Azərbaycana qarşı cinayətlər törədilib", - deyə o əlavə edib.
F. Şəfiyev qeyd edib ki, Başlıbel faciəsinin şahidlərinin danışdırılmasından əlavə, akademik müstəvidə də iş aparılmalıdır: "Bütün bunlar birinci növbədə, beynəlxalq ictimaiyyətə çatdırılmalıdır. Bu baxımdan, Başlıbel faciəsi haqqında bu gün səsləndirəcəyimiz ingilis dilli hesabat da buna daxildir".
Telegram kanalımız