Fəsil dəyişikliyinin COVİD-19-a hansı təsiri var?   - Həkimdən açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Fəsil dəyişikliyinin COVİD-19-a hansı təsiri var? - Həkimdən açıqlama

Sosial

24 Sentyabr 2021 16:55 840


“Hava şəraiti və fəsil dəyişkənliyinin Covid-19-a təsiri yoxdur”. 

Bu sözləri Yenisabah.az-a açıqlamasında infeksionist Nazxanım Qasımova söyləyib. O bildirib ki, immun sistemi zəif olanlar qripə və digər viruslara daha tez yoluxur:

“Koronavirusun başlanğıcından bu günə qədər müşahidə etsək görərik ki, hava və fəsillərin virus üçün o qədər də ciddi önəmi yoxdur. Covid-19 pandemiyası bütün dünyanı əhatə edib, hətta ən isti materik olan Afrikada da yayılıb. Covid-19-un yayılmasına nə isti, nə də soyuq hava təsir edir. pizza hut

Koronavirusdan qorunma mexanizmi dəyişmədən qalır. Maskadan istifadə, əllərin sabunlanması, dezinfektan vasitələrdən istifadə edərək özümüzü qoruya bilərik”.

İnfeksionist payız aylarında necə qidalanmağımız haqqında da danışıb:

“Payız fəslində bol-bol meyvə, tərəvəz yemək,  idmanla məşğul olmaq, təmiz havada piyada gəzmək vacibdir. Polivitaminlər qəbul edilə bilər. Xüsusi qorunma üsulu yoxdur”.

Mehri Qurban

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!