Fevralda Avropanın 50 faizi “omicron”a yoluxacaq   - ÜST

saytların hazırlanması

Evə çatdırılma

Fevralda Avropanın 50 faizi “omicron”a yoluxacaq - ÜST

Sosial

12 Yanvar 2022 09:02 509


"Yaxın 6-8 həftə ərzində Avropa əhalisinin 50 faizi koronavirusun “omicron” ştamına yoluxacaq".

Yenisabah.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Avropa regional bürosunun rəhbəri Hans Klüge deyib.

O bildirib ki, regionun 53 ölkəsindən 50-də "omicron" ştamı qeydə alınıb: pizza sifarişi

“Bu ilin birinci həftəsində regionda 7 milyon yeni yoluxma qeydə alınıb. Bu, əvvəlki həftə ilə müqayisədə iki dəfə çoxdur. Qərbi Avropada və Balkanlarda bu ştam dominant olmağa başlayıb. Bu tempdə davam edəcəyi təqdirdə 6-8 həftə ərzində Avropa əhalisinin 50 faizi “omicron” ştamına yoluxacaq”.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!