Rayonlarda pensiyalar bu tarixdə ödəniləcək -   AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Rayonlarda pensiyalar bu tarixdə ödəniləcək - AÇIQLAMA

Sosial

19 Fevral 2026 11:13 958


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən fevralın 20-də respublika üzrə pensiyaların tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub.

Bu barədə “Yeni Sabah”a fonddan məlumat verilib. 

Bildirilib ki, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək. Sezar pizza

Qeyd edək ki, 1 yanvar 2026-cı ilədək təyin edilmiş bütün növ pensiyalar ilin əvvəlindən 9,3 faiz indeksləşdirilərək artırılıb. Fevral ayının pensiyaları qeyd edilən artımlarla birgə ödəniləcək.

Həmçinin indeksləşdirmə üzrə yanvar ayının artımı fevral ayının pensiyasına əlavə olunacaq.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!