Fevralın 26-sı ABŞ-ın Minnesota ştatında Azərbaycan Günü elan edildi - Foto

saytların hazırlanması

Evə çatdırılma

Fevralın 26-sı ABŞ-ın Minnesota ştatında Azərbaycan Günü elan edildi - Foto

Sosial

12 Fevral 2021 23:50 727


ABŞ-ın Minnesota ştatının qubernatoru Tim Volz fevralın 26-sının Azərbaycan Günü elan edilməsi ilə bağlı bəyanat imzalayıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Məlumata görə, bəyanatın imzalanması Minnesota Azərbaycan Assosiasiyasının rəhbəri Günel Rallisin təşəbbüsü olub. pizza mizza

Bəyanatda qeyd olunub ki, Minnesotada yaşayan azərbaycanlılar ana dilini, zəngin milli-mədəni dəyərlərini, ənənələrini qoruyub-saxlamaqla, həmçinin təbliğ etməklə yerli mədəniyyətə töhfə verməkdədirlər.

Qeyd edək ki, 2016-cı ildə ABŞ-ın Minnesota ştatının Nümayəndələr Palatası Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar qətnamə qəbul edib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!