Müğənni Xatirə İslam əri Fəxrəddin Musazadə ilə münasibətlərindən danışıb.
Yenisabah.az axşam.az-a istinadla xəbər verir ki, "Zaurla Günaydın" proqramında qonaq olan sənətçi aralarında yaşanan mübahisələri gizlətməyib:
"Elə görünür ki, mən od, Fəxrəddin sudur. Amma elə deyil, əksinədir. Onunla heç vaxt dərinə getmirəm. Bir-birimizi qırırıq. Normaldır, hər ailədə olur. Ən çox mübahisə adi şeylərdən olur. Səbəb belə tapa bilmirəm. Deyir, bunu niyə ora, bura qoyursan. Mən küsülü qalmağı xoşlamıram, onun isə yadından çıxmır. Tıncıxıram ki, mən barışdım, o yox. O, yadında saxlayır, unuda bilmir". Dominos pizza
Xatirə ərinin nəvaziş göstərməməsindən şikayətlənib:
"Neçə ildir ailəliyik, hələ bir dəfə könlümü almayıb. Ürəyi təmizdir, amma məni sığallasın, canım desin, nəvaziş olmayıb. Onlar olsa, bəlkə də nə desə, olar. Bir-iki dəfə demişəm ki, heç demirsən, 8 Martın, Sevgililər günün mübarək. Cavab verir ki, Sevgililər günü nədir, necə yaranıb? Deyir, Sevgililər günü bizim ailə qurduğumuz gündür".
Telegram kanalımız