“Fəxri ad, hər hansı mükafat filan bunlar boş şeylərdir”

saytların hazırlanması

Evə çatdırılma

“Fəxri ad, hər hansı mükafat filan bunlar boş şeylərdir”

Sosial

11 İyul 2022 17:32 1111


Azərbaycanda fəxri ad sahiblərinin sayı gün keçdikcə artır, lakin hər dəfə fəxri adların verilməsindən sonra qalmaqallar, intriqalar, narazılıqlar yaşanır. 

“Fəxri ad qalmaqalı” xüsusilə müğənnilər arasında baş verir. Ad almayanlar ad alanları “Sənəti olmayan” adlandırır. 

Uzun illərdir ədəbiyyat adamları da fəxri ad davası edirlər. Kimi fəxri adlara layiq görülməməsini ədalətsizlik hesab edir, kimi də fəxri adların ləğvini tələb edir...  Dördpendirli pizza

Mövzu ilə bağlı Yenisabah.az-a danışan yazıçı Seyran Səxavət fəxri adları yaradıcılığı üçün önəmli hesab etmədiyini deyib:

“Kimlərə fəxri adlar verilir, kimlərə yox bunlarla maraqlanmıram. Bu adlar mənim üçün prinsipial bir şey deyil, mənim işimə heç bir təsir göstərə bilməz. Əsas istedaddır, o ya var, ya da yoxdur. Fəxri ad, hər hansı mükafat filan bunlar boş şeylərdir. Atamın verdiyi ad mənim üçün ən yüksək fəxri addır”.

Əsmətxanım


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!