Fəzail Ağamalı Salyandakı 10 uşaqlı ailəni nəzarətinə götürdü

saytların hazırlanması

Evə çatdırılma

Fəzail Ağamalı Salyandakı 10 uşaqlı ailəni nəzarətinə götürdü

Sosial

13 Fevral 2024 14:20 419


Salyan rayonunun Qaraçala kənd sakini, 10 uşaq atası Əflan Abdullayev sosial vəziyyətlərinin yaxşı olmadığını, onlara verilən ünvanlı sosial yardımın kəsildiyini, uşaqları məktəbə yollaya bilmədiyini açıqlayıb.

Qeyd edək ki, ailənin vəziyyəti sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Redaktor.az Salyan rayonunun deputatı Fəzail Ağamalıdan sözügedən ailənin vəziyyətindən xəbərdar olub-olmadığını öyrənib. Pepperoni pizza

Millət vəkili bildirib ki, ailənin sosial çətinliyi haqqında məlumatı var:

"Ailə ilə artıq maraqlanırıq. Görək Azərbaycan qanunvericiliyi səviyyəsində hansı köməklik edə bilirik. 10 uşaqlı ailə diqqətimizdədir. Sosial yardımlarının dayanmasına səbəb də yardım üçün müəyyən şərtlərin pozulması ola bilər. Bu gündən etibarən proses nəzarətimdədir, yardımın da nə üçün dayandırılmasını araşdırırıq".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!