FHN-dən kritik xəbərdarlıq - 40 nəfərin meyiti sudan tapıldı

saytların hazırlanması

Evə çatdırılma

FHN-dən kritik xəbərdarlıq - 40 nəfərin meyiti sudan tapıldı

Rəsmi

03 Avqust 2026 20:32 102


Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin nəzarət etdiyi çimərliklərdə cari ildə çimərlik mövsümü başlayandan bu günə kimi ölüm faktı qeydə alınmayıb.

Bu barədə “Yeni Sabah”a FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, xidmətin dalğıc-xilasediciləri tərəfindən qeyd olunan dövr ərzində sudaboğulma təhlükəsi ilə üzləşən 55 nəfər xilas edilib. Sezar pizza

Eyni zamanda, qeyd olunub ki, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən nəzarətsiz qeyri-çimərlik ərazilərdə suda batan 40 nəfərin meyiti suda tapılıb və çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

FHN bir daha əhaliyə müraciət edərək, çimərlik kimi nəzərdə tutulmayan nəzarətsiz su hövzələrindən istifadə etməməyə çağırır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!