FHN güclü küləklə əlaqədar əhaliyə müraciət edib

saytların hazırlanması

Evə çatdırılma

FHN güclü küləklə əlaqədar əhaliyə müraciət edib

Sosial

27 Dekabr 2023 11:47 392


Fövqəladə Hallar Nazirliyi gözlənilən güclü küləklə əlaqədar əhaliyə müraciət edib.

Yenisabah.az xəbər verir ki, müraciətdə deyilir:

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bu gün axşam saatlarından başlayaraq ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, güclü külək əsəcəyi proqnozlaşdırılır. Dominos pizza

Güclü küləyin həyat və sağlamlıq üçün yarada biləcəyi mümkün təhlükələri nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi vətəndaşları müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.

Güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Bundan əlavə, belə hava şəraitində baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaranan çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!