FHN-nin videosu yayılan əməkdaşlarını nə gözləyir? - “Mənəvi məsuliyyət daşıyırlar, çünki...”

saytların hazırlanması

Evə çatdırılma

FHN-nin videosu yayılan əməkdaşlarını nə gözləyir? - “Mənəvi məsuliyyət daşıyırlar, çünki...”

Sosial

16 Avqust 2022 13:11 5926


Fövqəladə Hallar Nazirliyinin iki əməkdaşının yayılan videosu gündəm olub. Hazırda cəmiyyəti maraqlandıran əsas məsələ odur ki, həmin şəxslər hər hansı bir cinayət məsulliyəti daşıyır mı? Qanunla onlar üçün hansısa bir cəza nəzərdə tutulub?

Bununla bağlı Yenisabah.az-a danışan hüquqşünas, Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli mövcud durumun hüquqi tərəfini şərh edib.

Hüquqşünas bildirib ki, ümumiyyətlə, intim görüntülərin çəkilməsi və yayılması qanunla qadağandır: pizza

"Yalnız, məhkəmənin qərarıyla cinayət işlərinin təqibində bu kimi çəkilişlərin aparılmasına icazə verilə bilər. Digər hallarda isə bu, qeyri-qanunidir və qüvvədə olan qanunlara görə cinayət məsuliyyətinə səbəb ola bilər".  

Q.Əlibəyli qeyd edib ki, məsələ ilə bağlı prokurorluq orqanları dərhal cinayət işi açmalıdır:

"Ona görə də hesab edirəm ki, prokuroroluq orqanları dərhal cinayət işi açmalı, videonun kim tərəfindən çəkilməsi, yayılması müəyyən olunmalı və təqsirkar tapmalıdır. Amma təcrübə göstərir ki, çox vaxt bu kimi videolar yayılanda lazimi səviyyədə araşdırılmır. Həmin videodakı şəxslərə gəldikdə isə, mənəvi məsuliyyət daşıyırlar. Çünki iş zamanı başqa işlə məşğul olurlar, etik qaydaları pozurlar, buna görə onların barəsində intizam tənbeh tədbirləri görülə bilər. Bu videonu yayan şəxslər isə cinayət məsuliyyətinə cəlb oluna bilər. 

Mən düşünürəm ki, gələcəkdə belə halların baş verməməsi üçün bununla bağlı cəzalar daha da sərtləşməlidir. Kimliyindən asılı olmayaraq, bu kimi materialları yayanlar məsuliyyətə cəlb olunmalıdır. Amma nə qədər ki bu əməli törədənlər tapılmır, bu, başqalarını da həvəsləndirir".

Nəzrin CAVADZADƏ


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!