Fidan Mahmudova yüksək vəzifəyə təyin olundu

saytların hazırlanması

Evə çatdırılma

Fidan Mahmudova yüksək vəzifəyə təyin olundu

İqtisadiyyat

25 Avqust 2026 15:25 222


Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) sabiq departament müdiri Fidan Mahmudova yeni vəzifəyə təyin olunub.

“Yeni Sabah” İqtisadiyyat.az-a istinadla xəbər verir ki, o, müvafiq əmrlə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Əmək Mərkəzində fəaliyyətə başlayıb.

F.Mahmudova fəaliyyətini artıq İƏT-in Əmək Mərkəzində Çoxtərəfli əlaqələr və strateji tərəfdaşlıq departamentinin direktoru vəzifəsində davam etdirir. Dominos pizza

Qeyd edək ki, İƏT-in Əmək Mərkəzi Bakıda yerləşir. Qərargahı Bakı şəhərində olmaqla İƏT-in Əmək Mərkəzi 2023-cü ildə yaradılıb.

Xatırladaq ki, F.Mahmudova 2024-2026-cı illərdə TƏBİB-in Beynəlxalq əlaqələr departamentinin rəhbəri vəzifəsində çalışıb. O, iyun ayında TƏBİB-in İcraçı direktoru Anar Bayramovun əmri ilə vəzifədən azad olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!