FIFA: Sosial şəbəkələrdə 388 minə yaxın zərərli paylaşım silinib

saytların hazırlanması

Evə çatdırılma

FIFA: Sosial şəbəkələrdə 388 minə yaxın zərərli paylaşım silinib

İdman

18 İyun 2026 15:44 141


FIFA dünya çempionatının səkkizinci oyun gününə qədər sosial şəbəkələrdə yayılan 3,8 milyondan çox paylaşımı yoxladığını açıqlayıb.

"Yeni Sabah" xəbər verir ki, onlardan təxminən 388 mininin zərərli məzmun daşıdığı müəyyən edilib və silinib.

Bu göstərici 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatı ilə müqayisədə daha yüksəkdir. Qurum sosial media monitorinq sisteminin istifadəyə verildiyi vaxtdan bu günə qədər 250 milyondan çox paylaşımı nəzərdən keçirdiyini, onlardan 30 milyondan artığının təhqiramiz kontent kimi qiymətləndirildiyini qeyd edib. pizza mizza

ABŞ, Meksika və Kanadanın birgə ev sahibliyi etdiyi mundiala iyulun 19-da yekun vurulacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!