Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Fil ona şəkər qamışı verən adamı ayaqlayıb xurd-xəşil etdi
11 Sen 2021 11:25
583

Fil ona şəkər qamışı verən adamı ayaqlayıb xurd-xəşil etdi

Taylandda Pak Çonq şəhərində dəhşətli ölüm hadisəsi baş verib.

Yenisabah.az xəbər verir ki, 55 yaşlı Raçan Teerapittayatrakul maşın sürərkən yolun kənarında bağlanmış fil görüb. O, avtomobilini saxlayaraq filə şəkər qamışı verməyə çalışıb və bu zaman filin xortum zərbəsi ilə yıxılıb. Daha sonra isə filin üzərindən keçməsi nəticəsində həyatını itirib.

Qorxunc hadisədən sonra fil sahibi də açıqlamalar verib. 28 yaşlı taylandlı şəxs fili turistlərin gəzməsi üçün tez-tez eyni əraziyə gətirdiyini və belə bir hadisə ilə ilk dəfə qarşılaşdığını söyləyib. Filin sahibi heyvanın, ümumiyyətlə, aqressiv davranış nümayiş etdirmədiyini bildirib.

 

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər