Tramp İranla müharibədə strateji rüsvayçılıq tələsinə düşüb və evdə siyasi qiymət ödəmədən bu müharibədən çıxa bilmir.
“Yeni Sabah” xəbər verir ki, bu barədə “Financial Times” nəşri yazıb.
ABŞ Prezidenti və onun müşavirləri son 5 ayda 12 dəfədən çox İranla razılaşmanın "qaçılmaz" olduğunu iddia ediblər. Lakin İran və Oman arasında danışıqlar yolu ilə belə bir razılaşma əldə edilsə belə, ABŞ Prezidentinin müharibənin lap əvvəlində qarşıya qoyduğu məqsədlərə çatmayacaq. Pepperoni pizza
Britaniya nəşri qeyd edir ki, Trampın İranın nüvə proqramı ilə bağlı razılaşma, ballistik raketlərin istehsalı və “proxy”lərə dəstək daxil olmaqla, irəli sürdüyü tələblər yalnız bir məsələ ilə məhdudlaşıb: İran Hörmüz boğazının müharibədən əvvəlki vəziyyətinə qayıtmasına icazə verir.
Müharibədən sonra belə İran Hörmüz boğazı üzərindəki strateji təsirini qoruyacaq və hər hansı yeni razılaşma İrana su yolu üzərində nəzarəti hüququ verəcək, oradan keçən gəmilərdən rüsum alma hüququndan məhrum edilməyəcək. Halbuki bu vəziyyət cəmi bir il əvvəl Amerika geostrateqləri üçün ağlasığmaz görünürdü.
"Əvvəllər sərbəst keçidin olduğu yerdə artıq sərbəst keçid yoxdur, - ABŞ-da həm Demokrat, həm də Respublikaçı administrasiyalarının keçmiş Yaxın Şərq sülh danışıqlarında iştirak edən Aaron David Miller bildirib. – Trampın iranlıların qəbul etməyə və bu reallığı dəyişdirməyə hazır olduğu bir razılaşmadan əldə edə biləcəyi demək olar ki, heç bir qazanc yoxdur”.
Vaşinqton üstünlüyə malik və istədiyi vaxt boğazı bağlaya bilən bir rejimlə üzləşir ki, bu da Trampın Tehranın “tam təslim olma” tələbinə çətin uyğun gəlir.
Aralıq seçkilərinə 3 aydan az vaxt qaldığı üçün neft çatışmazlığı və inflyasiya ilə bağlı narahatlıqları artıran müharibədən çıxış yolu indi Tramp üçün siyasi cəhətdən riskli görünür.
ABŞ-də benzin qiymətləri 4 dollardan yuxarıdır ki, bu da müharibədən əvvəlki səviyyələrdən 35 faiz yüksəkdir və dizel qiymətlərinin Tramp administrasiyası dövründə Co Bayden administrasiyası dövründə bu məhsulun orta qiymətindən daha yüksək qalacağı gözlənilir.
Bayden administrasiyası dövründə Səudiyyə Ərəbistanındakı keçmiş ABŞ səfiri Maykl Ratni deyib: “ABŞ-nin rakettutucu ehtiyatları, ABŞ və müttəfiqlərində ictimai etimad tükənib. Müharibənin qızışması regional tərəflərə ciddi ziyan vura, neft qiymətlərini qaldıra və qlobal enerji bazarlarına zərər verə bilər.
Trampın qarşısında duran vəzifə, tələyə düşmüş kimi göründüyü bir müharibədə necə mübarizə aparmaq deyil, razılaşmanı necə izah etməkdir. Onun üçün hər hansı bir razılaşmanın uğurlu olduğunu iddia etmək getdikcə çətinləşir”.
“The Financial Times” əlavə edib: İndi ümidlər müharibədən əvvəl dünya neftinin beşdə birinin keçdiyi Hörmüz boğazının açılmasına bağlıdır.
Beynəlxalq Böhran Qrupunun İran üzrə eksperti Əli Vaez bildirib: "Bu, əslində İranla ABŞ arasında razılaşma deyil, İranla Oman arasında razılaşmadır".
Analitik deyib: "Tramp ilişib qalıb və bu səviyyədə hərbi yolla qalib gələ bilməz. O, evdə siyasi qiymət ödəmədən bunu diplomatik yolla həll edə bilməz və bəzən vəziyyət onun hesabladığı qədər sadə və ağrısız olmadığı üçün qəzəblənir".
Vaez əlavə edib ki, Tramp istənilən razılaşmanı "siyasi nailiyyət" kimi qələmə verə bilər.
Telegram kanalımız