Firəngiz Rəhimbəyovanın analığı da vəfat edibmiş

saytların hazırlanması

Evə çatdırılma

Firəngiz Rəhimbəyovanın analığı da vəfat edibmiş

Şou

22 Aprel 2024 17:19 630


Mərhum müğənni Firəngiz Rəhimbəyovanın ögey anası Sona Rəhimbəyova dünyasını dəyişib.

Yenisabah.az moderator.az-a istinadla xəbər verir ki, bunu Bilgəhdəki müharibə və əmək əlilləri üçün pansionatım direktoru Samirə Mehtiyeva təsdiqləyib. 

O bildirib: "Sona xanım ötən il dünyasını dəyişib. Təxminən qış ayında. 90 yaşı var idi. 6-7 il bizim qocalar evində qaldı. Bacısı var idi, aparıb dəfn etdilər. Kollektivlə də münasibəti çox yaxşı idi. Ahıl kimi çox yaxşı, sakit biri idi. Xatirəmdə də elə qalıb. 65 il AMEA-da çalışıb. Allah ona rəhmət etsin". pizza sifarişi

Firəngiz Rəhimbəyova 2022-ci ildə dünyasını dəyişib. Sona xanım ögey qızı haqda verdiyi sonuncu müsahibəsində "İllərdir, nə zəng edib, nə də ziyarət edib. Ondan mənə nə qız olacaq?! Onun haqqında heç nə deyə bilmərəm" demişdi.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!