Flora Kərimovadan küsülü olduğu Röyaya böyük jest

saytların hazırlanması

Evə çatdırılma

Flora Kərimovadan küsülü olduğu Röyaya böyük jest

Şou

05 May 2021 15:38 913


Xalq artisti Flora Kərimova illərdir küsülü olduğu Röya Ayxana barışıq addımı atıb.

Yenisabah.az xəbər verir ki, müğənni "ATV maqazin onlarla" proqramında onunla duet oxuyub-oxumayacağı haqda suala gözlənilməz cavab verib:

"Niyə olmasın? Ürəyi, səsi, şirinliyi, şıltaqlığı, zarafatı var. Niyə duet oxumayaq?". pizza

Qeyd edək ki, F.Kərimova ilə R.Ayxan arasında qalmaqal məhkəməyə qədər gedib çıxmışdı. Kərimova Röyanın səs diapozonunun kiçik olduğunu söyləyib. Ondan sonra tərəflər dəfələrlə bir-birinin ünvanına təhqirlər səsləndirib. Bir müddət əvvəl isə Kərimova Röyanın ünvanına "Röyanın ürəyi var. Bilirsiniz o, mənə kimi xatırladır? Yeni doğulan körpə uşaqlar olur, onu bələmək, sığallmaq istəyirsən. Onları xatırladır. Mən heç nəyi unutmuram. Qisas alanam. Ancaq elə insanlar var ki, onlara qıymıram" sözlərini söyləyib. (axşam.az)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!