“Forbes”un siyahısı açıqlandı: “Haber Global” “Türkiyənin Ən Yaxşı İşəgötürənləri 2026” sırasında

saytların hazırlanması

Evə çatdırılma

“Forbes”un siyahısı açıqlandı: “Haber Global” “Türkiyənin Ən Yaxşı İşəgötürənləri 2026” sırasında

İqtisadiyyat

16 İyul 2026 20:22 204


"Global Media Group"un tərkibinə daxil olan "Haber Global" televiziya kanalı "Forbes Türkiyə" və dünyanın aparıcı data və biznes analitikası platformalarından biri olan "Statista"nın birgə keçirdiyi "Türkiyənin Ən Yaxşı İşəgötürənləri 2026" araşdırmasının nəticələrinə əsasən, ölkənin ən yaxşı işəgötürənləri siyahısına düşərək rəsmi sertifikata layiq görülüb.

“Yeni Sabah” xəbər verir ki, araşdırmanın metodologiyasına əsasən, siyahı Türkiyə əmək bazarında fəaliyyət göstərən şəxslər arasında keçirilən müstəqil onlayn sorğunun nəticələri əsasında formalaşdırılıb.

2025-ci ilin oktyabrından 2026-cı ilin fevralınadək davam edən araşdırma çərçivəsində iştirakçıların həm öz işəgötürənləri, həm də fəaliyyət göstərdikləri sahədəki digər şirkətlərlə bağlı 200 mindən çox qiymətləndirməsi toplanıb. pizza

Araşdırma anonim və müstəqil şəkildə həyata keçirilib. Şirkətlərin müraciət və ya ödəniş yolu ilə siyahıya daxil olması mümkün olmayıb, qiymətləndirmə zamanı yalnız əməkdaşların rəyləri əsas götürülüb.

Ən yüksək nəticə göstərən 400 şirkət sırasında yer alan "Haber Global"ın bu uğuru telekanalın işəgötürən brendinin əməkdaşlar tərəfindən müsbət qiymətləndirildiyini göstərir.

"Haber Global"ın nüfuzlu siyahıda yer alması telekanalın daxili korporativ mədəniyyətinə, əməkdaşlara yanaşmasına və keyfiyyətli iş mühitinin formalaşdırılmasına verdiyi önəmin göstəricisidir. Bu nəticə, eyni zamanda, telekanalın media sektorunda etibarlı və cəlbedici işəgötürən mövqeyini gücləndirir.

"Global Media Group" haqqında:

"Global Media Group" 2017-ci ildə təsis edilən aparıcı media şirkətlər qrupudur. Qrupa Azərbaycanda və ölkə xaricində fəaliyyət göstərən televiziya kanalları, informasiya agentlikləri, xəbər portalları, qəzetlər və digər media resursları daxildir.

"Global Media Group" haqqında daha ətraflı məlumat əldə etmək üçün www.gmg.az veb-saytına və şirkətin müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook | Instagram | LinkedIn | YouTube) müraciət edə bilərsiniz.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!