Formula 1 pilotları Bakıda ağacəkmə aksiyasına qoşuldular - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Formula 1 pilotları Bakıda ağacəkmə aksiyasına qoşuldular - Fotolar

Sosial

05 İyun 2021 19:57 1142


Bakıda keçirilən Formula 1 Azərbaycan Qran Prisinin pilotları 5 iyun Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günündə ağacəkmə aksiyasına qoşulmaqla Azərbaycan təbiətinə töhfə verib.

Yenisabah.az xəbər verir ki, aksiyada Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmiləri, Bakı Şəhər Halqası Əməliyyat şirkətinin icraçı direktoru Arif Rəhimov və Formula 1 pilotları iştirak ediblər. Aksiya çərçivəsində Hökumət Evinin qarşısındakı ərazidə sərv ağacları əkilib.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, xarici ölkələrdən gəlmiş qonaqların tədbirdə iştirak etməklə ətraf mühitin qorunmasına əməli töhfə vermələri sevindiricidir və bu aksiya Azərbaycanda keçirilən Formula 1 yarışlarının tarixində bir yenilikdir: Dominos pizza

“Ağacların əkilməsində məqsəd ətraf mühiti qorumaqla gələcək nəsillərə daha gözəl təbiət bəxş etməkdir”.

Qeyd edək ki, dünya əhalisinin diqqətini ətraf mühitin mühafizəsinə yönəltmək və ekoloji şüurun yüksəldilməsi məqsədilə 1972-ci ildən başlayaraq hər il 5 iyun tarixi Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü  kimi qeyd olunur.

/Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!