Forum iştirakçıları Cıdır düzünə və Şuşa qalasına səfər etdilər

saytların hazırlanması

Evə çatdırılma

Forum iştirakçıları Cıdır düzünə və Şuşa qalasına səfər etdilər

Sosial

22 İyul 2022 21:17 860


Beynəlxalq Media Forumunun əcnəbi qonaqları tədbirdən sonra Şuşa İcra Hakimiyyətinin qarşısında olan Üzeyir Hacıbəyli, Xurşidbanu Natəvan və Bülbülün büstünü ziyarət edərək Şuşa qalasına doğru irəliləyiblər.

Yenisabah.az xəbər verir ki, orada onlar şəhərin qədim tarixi barədə məlumat aldıqdan sonra Qala divarları qarşısında birgə şəkil çəkdiriblər.

Daha sonra Cıdır düzünə hərəkət edən qonaqlar oradan əsrarəngiz mənzərəni, həmçinin qəhrəman hərbçilərimizin Vətən müharibəsində qət etdiyi yolu seyr ediblər. Sezar pizza

Şuşa səfəri başa çatdıqdan sonra Beynəlxalq Media Forumunun iştirakçıları Bakıya qayıtmaq üçün Füzuli Hava Limanına yola düşüblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!