Fransada əlverişsiz hava şəraiti bir neçə nəfərin ölümünə səbəb oldu

saytların hazırlanması

Evə çatdırılma

Fransada əlverişsiz hava şəraiti bir neçə nəfərin ölümünə səbəb oldu

Dünya

16 Sentyabr 2021 00:07 524


Fransanın cənubunda leysan yağışlar və dəniz səviyyəsinin yüksəlməsi insan tələfatı ilə nəticələnib.

Yenisabah.az xəbər verir ki, bu barədə BFM telekanalı yerli yanğınsöndürmə və xilasetmə xidmətinə istinadən məlumat yayıb.

Məlumata görə, dəniz səviyyəsinin qalxması 5 nəfərin ölümünə səbəb olub. pizza hut

Qeyd edək ki, ölkənin cənubunda ötən gündən başlayan əlverişsiz hava şəraiti bu gün də davam edir. Hazırda cənub əyalətlərində leysan yağışlar yağır, güclü külək əsir.

Güclü külək səbəbindən İspaniyaya gedən avtomobil yolunda nəqliyyatın hərəkətində yubanmalar yaranıb.

Əlverişsiz hava şəraiti ilə əlaqədar "narıncı" daşqın xəbərdarlığı edilib./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!