Fransalı senator Bakı və Paris küçələrinin təmizliyini  müqayisə etdi

saytların hazırlanması

Evə çatdırılma

Fransalı senator Bakı və Paris küçələrinin təmizliyini müqayisə etdi

Sosial

16 Mart 2023 09:56 779


Fransa Senatının Orne departamentindən olan üzvü Natali Qule Twitter-də Paris küçələrinin görüntülərini paylaşaraq, müqayisə üçün müasir Bakının küçə və meydanlarının bir neçə fotosunu yerləşdirib.

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinə istinadla xəbər verir ki, Parisin Bulon-Bilyankur qəsəbəsindən olan Natali Qulenin Twitter-də yazdığı yazıda o, Bakı küçələrinin heyrətamiz təmizliyini və baxımlılığını qeyd edir. Onun sözlərinə görə, bunu Fransa paytaxtı haqqında demək çətindir.

Natali Qulenin sözlərinə onu da əlavə etmək lazımdır ki, Bakının yarımsəhra landşaftına və çətin iqlim şəraitinə malik olmasına baxmayaraq, özünəməxsus memarlıq görünüşü ilə yanaşı, həm də təmizliyi, səliqəsi və yaşıllıq zənginliyi ilə Avrasiya məkanındakı şəhərlərdən fərqlənir. Marqarita pizza

Bakının təmizliyi son illərdə keyfiyyətcə yeni səviyyəyə yüksəlib ki, bu da həm bakılıların, həm də Azərbaycan paytaxtının çoxsaylı qonaqları tərəfindən daim qeyd edilir.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!