Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

FTB təhlükəli erməni qanqsterin telefonlarını dinlədi, Azərbaycanla əlaqələrini aşkarladı
21 İyl 2021 21:10
954

FTB təhlükəli erməni qanqsterin telefonlarını dinlədi, Azərbaycanla əlaqələrini aşkarladı

“Qafqaz milləti”indən olan “idarəolunmaz qanqster” Nyu-Yorkun Bruklin kvartalını terrorizə edib və iyulun əvvəllərində Vernon C. Bain təcridxanasından təhlükəli cinayətkarın qaçmasına yardım göstərib. Virtualaz.org xəbər verir ki, bu barədə ABŞ prokurorluğunun Bruklin Federal Məhkəməsinə təqdim etdiyi sənədlərdə deyilir.

Həmin təhlükəli qanqster-milliyətcə erməni olan Roman Nikoqosyanın telefonu Federal Təhqiqatlar Bürosu tərəfindən dinlənilib və onun iyulun 10-da təcridxanadan qaçmış 30 yaşlı David Morduxayevlə əlaqəsinin olduğu üzə çıxıb. Qeydə alınmış telefon danışıqlarına əsasən Morduxayev təcridxanadan Nikoqosyana zəng vurur, ona bildirir ki, kamerasından kəndirlə beşinci mərtəbəyə qalxıb. Sonra o, Hants-Point yaxınlığında suya tullanıb və Nikoqosyanın göndərdiyi qayıqla üzərək aradan çıxıb.

Roman Nikoqosyan

“Mən bu gün az qala öləcəkdim”,-məhkəməyə təqdim edilmiş telefon danışığı qeydlərində Morduxayev Nikoqosyana deyir.

Prokurorluq bildirir ki, Nikoqosyan əslən qafqazlılardan təşkil edilmiş bandanın yüksək rütbəli mənsubudur. Onun telefon danışıqlarının dinlənilməsi zamanı məlum olub ki, Morduxayev təcridxanadan qaçandan sonra Nikoqosyan öz rəfiqəsinə onu avtomobili ilə Kaliforniyaya aparmağı tapşırıb. Nikoqosyan habelə Kaliforniyada yaşayan anasına zəng vurub və ona deyib ki, Morduxayevə evdə qalmağa imkan yaratsın. Habelə Nikoqosyan kriminal “obşak”dan Morduxayevə pul göndərəcəyini də deyib.

David Morduxayev

Telefon danışıqlarının dinlənilməsi sayəsində Morduxayev Nikoqosyanın anasının mənzilinə çatmadan həbs olunub və həbsxanaya geri qaytarılıb. “Əqrəb” ləqəbli Morduxayev ötən il özünü polis əməkdaşı kimi təqdim etməklə iki cinayət ortağı ilə birlikdə soyğunçuluq törətdiyi üçün həbs edilmişdi.

Polis Nikoqosyanın özünü də los-Ancelesdə həbs edib. Ona qarşı irəli sürülən ittihamlardan birinə əsasən erməni qanqster marixuana təchizatından imtina edən tərəfdaşına fiziki divan tutmaqla hədələyib. Və ondan hədə-qorxu ilə 10 min dollar alıb.

Telefon danışıqlarının izlənilməsi nəticəsində digər epizodlar da üzə çıxıb və Nikoqosyanın aid olduğu zorakı bandanın Ermənistanda, Özbəkistanda, Rusiyanın cənubunda və Azərbaycanda köklərinin olduğu bəlli olub.

Prokurorluq bildirir ki, Nikoqosyanın mənsub olduğu banda zorakı hücumlar, divantutma və reketlik yolu ilə xərac toplama işləri ilə məşğul olublar. Epizodlardan birində Nikoqosyan hansısa qaradəriliyə işgəncə verməsi qeydə alınıb. O, banda üzvlərindən birinə zəng vuraraq deyir: “Biz onu elə indi öldürürük. Sən ölürsən, neqr!” /Virtualaz.org

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər