“Fulya haqda niyə film çəkilir” sualı mübahisə ola bilməz...

saytların hazırlanması

Evə çatdırılma

“Fulya haqda niyə film çəkilir” sualı mübahisə ola bilməz...

Sosial

20 İyun 2021 13:37 1130


"İkinci Qarabağ savaşının media qəhrəmanlarından biri olan Fulya Öztürk haqqında sənədli film çəkilməsi ilə bağlı ürəkbulandıran mübahisələrin predmeti aydın deyil. Biz nəyin üstündə mübahisə edirik? Şəxsən mən Azərbaycan media hadisəsi olmayan fədakar bir reportyor haqqında film çəkilməsini təqdir edirəm. Həmin filmin Tahir Tahiroviç kimi təcrübəli rejissora verilməsini də alqışlayıram!"

“Yeni Sabah” xəbər verir ki, bunu professor Qulu Məhərrəmli İkinci Qarabağ savaşının media qəhrəmanlarından olan Fulya Öztürk haqqında sənədli filmin çəkilməsi ilə bağlı danışarkən deyib:

"Fikrimcə, “Fulya haqda niyə film çəkilir” sualı mübahisə predmeti ola bilməz. Amma “niyə bizdə olan reportyorlara yaxşı şərait yaradılmır, niyə mediamız ümumən asılı və fərsizdir, yaxud bizdə niyə yaxşı hərbi reportyorlar yetişmir” sualları üçün müzakirəyə həmişə açıqdır.  pizza mizza

Mən eyni zamanda üzdə olan yaxşı reportyorlarımıza dəyər verilməsi kimi haqlı istəyi, müstəqillik dövrü mətbuat tariximizdə iz qoymuş Nəcəf  Nəcəfov, Elmar Hüseynov, Çingiz və Vahid Mustafayevlər, Salatın Əsgərova və s. jurnalist-reportyorlarımız haqda film çəkilməsi ideyasını təqdir edirəm. Jurnalistikamızın indiki acınacaqlı durumunun ekranlara çıxarılması zərurətini deyənləri, büdcədən hər hansı film üçün vəsait ayrılarkən ictimai rəyin nəzərə alınmasını vacib sayanları da haqlı hesab edirəm."

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!