Füzuli Hava Limanında ilk uçuş həyata keçiriləcək

saytların hazırlanması

Evə çatdırılma

Füzuli Hava Limanında ilk uçuş həyata keçiriləcək

Sosial

16 İyun 2021 12:19 732


Füzuli Beynəlxalq Hava Limanında ilk sınaq uçuşun sentyabrın 5-də keçirilməsi planlaşdırılır.

Yenisabah.az xəbər verir ki, bu barədə AZAL-ın nümayəndəsi Valeh Əmiraslanov jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, yanvar ayının 14-də başlayan işlər çərçivəsində geniş fizolajlı hava gəmilərinin qəbul olunması üçün uzunluğu 3 km, eni 60 m olan uçuş enmə zolağının torpaq yatağı tamamlanıb. Hazırda əsas layın asfalt beton örtüyünün salınması işləri davam etdirilir. Sahəsi 60 min kvadrat metr olan 8 hava gəmisini saxlaya biləcək peronun tikintisinin torpaq yatağı tamamlanmaq üzrədir. Terminal binasında dəmir beton konstruksiya işləri 100 faiz tamamlanıb. Dəmir beton konstruksiyanın quraşdırılma prosesi gedir. İtaliya istehsalı olan dam örtükləri artıq Azərbaycana gətirilib, Türkiyədən sifariş olunan fasad elementləri gətirilmək üzrədir". pizza

O bildirib ki, hava hərəkətinin təmin edilməsi üçün qüllənin tikintisinin dəmir beton konstruksiyasının işlərinin 1 həftə ərzində yekunlaşdırlması planlaşdırılır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!