Füzulidə tikiləcək aeroportun ərazisinin minalardan təmizlənməsi üçün xüsusi teknikadan istifadə olunur.
Yenisabah.az xəbər verir ki, ərazinin minalardan təmizlənməsinin sürətlənməsi məqsədilə İngiltərə istehsalı olan "AARDVARK" modelli mexanizm alınaraq əraziyə gətirilib.
Ümumilikdə Hava Limanının ərazisinin 100 min kvadratmetr sahəsinin minalardan təmizlənməsi nəzərdə tutulur. pizza hut
Bu məqsədlə xarici ölkələrdən mütəxəssislər dəvət olunub. Onlar azərbaycanlı minatəmizləyənlərə təlimlər keçəcək. (Trend)
Telegram kanalımız