Füzuli məktəbinin məzunları Özbəkistan universitetlərinə imtahansız qəbul olunacaq

saytların hazırlanması

Evə çatdırılma

Füzuli məktəbinin məzunları Özbəkistan universitetlərinə imtahansız qəbul olunacaq

Sosial

03 İyun 2024 16:00 465


Füzuli şəhəri Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbi bitirənlər Özbəkistan universitetlərinə imtahansız qəbul ediləcəklər. 

Yenisabah.az xəbər verir ki, bunu Özbəkistanın ali təhsil, elm və innovasiya naziri Konqratbay Şaripov deyib. 

O bildirib ki, həmçinin bu məktəbdə Özbəkistandandan müəllimlər də gəlib dərs deyəcəklər:  Toyuqlu pizza

"Səfər çərçivəsində biz məktəbdə yaradılmış şəraitlə tanış olmuşuq. Məktəbin müəllim və şagird kollektivi ilə görüşdük. Və mən çox şadam ki, məktəbi bitirən azərbaycanlı uşaqlarımız gələcəkdə Mirzə Uluqbəy adına məktəbin attestatını daşıyacaqlar. Gələcəkdə birgə əməkdaşlığımızı daha da genişləndirəcəyik. Bu məktəbi bitirən uşaqlar da bizim uşaqlarımız sayılır. Ona görə də onlar Özbəkistanın ali təhsil müəssisələrinə imtahansız qəbul olunacaqlar". 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!