Füzuli uğrunda ağır döyüşlərdə şəhid olmuş qəhrəmanın doğum günüdür

saytların hazırlanması

Evə çatdırılma

Füzuli uğrunda ağır döyüşlərdə şəhid olmuş qəhrəmanın doğum günüdür

Sosial

14 Fevral 2021 16:58 640


Bu gün Vətən müharibəsi şəhidi Rövşən Eynullayevin doğum günüdür.

Yenisabah.az xəbər verir ki, fevralın 14-də dünyaya gələn Rövşənin növbəti doğum günü ailəsi və yaxınları tərəfindən qeyd olunub.

Eynullayev Rövşən Elşən oğlu 2000-ci il fevralın 14-də Biləsuvar rayonunun Nərimankənd kəndində dünyaya gəlib. O, ilk təhsilini həmin kəndin tam orta məktəbində alıb. Dördpendirli pizza

2020-ci ilin sentyabrın 27-dən başlayan Vətən Müharibəsinə elə birinci gündən qatılan Rövşən xüsusi döyüş bacarığı ilə fərqlənib. Cəbrayıl və Füzuli rayonları istiqamətində gedən ağır döyüşlərdə şəxsi şücaətləri ilə fərqlənib. O və yoldaşları bu əməliiaytlarda düşmənin xeyli sayda canlı qüvvəsini və texnikasını sıradan çıxarıb.

Füzuli rayonunun düşməndən azad edilməsi uğrunda gedən ağır əməliyyatlardan biri Rövşən Eynullayevin son döyüşü olub.

Şəhidimiz ötən ilin sentyabrında Nərimankənd kənd qəbiristanlığında dəfn olunub.

O, göstərdiyi şücaətlərə görə, Ali Baş Komandan İlham Əliyev tərəfindən “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” (ölümündən sonra) medalları ilə təltif edilib.

Ailə üzvləri, yaxınları və dostları şəhidin 21-ci doğum gününü onun məzarı önündə qeyd ediblər. Rövşən Eynullayevin məzarı önünə güllər düzülüb, ruhuna dualar oxunub. Ziyarətçilər şəhidimizlə bağlı xoş xatirələrini bölüşüb. /Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!