Azərbaycanda zəlzələ olub.
“Yeni Sabah” xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Zəlzələlərin tədqiqatı bürosundan bildirilib.
Qeyd olunub ki, bu gün yerli vaxtla saat 00:58-də Lənkəran stansiyasından 29 km şimalda - Masallı rayonunda 3,5 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların ocağı 18 km dərinlikdə olub.
Zəlzələ üç bala qədər hiss olunub.
Telegram kanalımız