“Anam biləndə ki, mən müğənniliyə başlamışam, İstanbuldan Bakıya gəldi. Atamla mübahisə edib dedi ki, mən sənə qızımızı əmanət etmişəm, sən isə onu müğənniliyə çəkirsən”.
Yenisabah.az xəbəbər verir ki, bu sözləri Xalq artisti Röya Ayxan İctimai telekanalda yayımlanan “Gəl qonaq ol” verilişində deyib.
Sənətçi anasının vaxtilə ona mane olmaq istədiyini bildirib: pizza mizza
“Atam mənə ilk dəfə bir az kürəyi açıq paltar aldı. Anam həmin geyimi görəndə dəli olmuşdu. Gecə yatanda anam dedi ki, bu paltarı cırmaq lazımdır. Lakin zaman keçdikcə anam məni hamıdan daha çox dəstəkləməyə başladı. 5-6 ildən sonra İstanbulda mağazanın önündən keçəndə görüb ki, çox sayda insan disklərimi alır. Yaxınlaşıb satıcıya deyib ki, bu qız mənim övladımdır. Sonra zəng vurub mənə bunları danışanda ona dedim ki, nə oldu, bəs istəmirdin?”
Telegram kanalımız