Gədəbəydə yolun təmirinə 1,5 milyon ayrıldı - Sərəncam

saytların hazırlanması

Evə çatdırılma

Gədəbəydə yolun təmirinə 1,5 milyon ayrıldı - Sərəncam

Sosial

14 Avqust 2025 13:06 336


Prezident İlham Əliyev Tovuz rayonunun Çatax kəndini Gədəbəy rayonunun Novosaratovka kəndi ilə birləşdirən avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Yenisabah.az xəbər verir ki, Sərəncama əsasən, 21 min nəfər əhalinin yaşadığı 13 yaşayış məntəqəsini birləşdirən Çatax‒Çeşməli‒Mollalar‒Məşədivəlilər‒Həsənli‒Abbasqulular‒Papaqçılar‒Güvəndik‒Lazılar‒Novosaratovka avtomobil yolunun əsaslı təmiri məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 1,5 milyon manatı ayrılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!