Gələn il pensiyalar 450 manat olacaq - Nazir açıqladı

saytların hazırlanması

Evə çatdırılma

Gələn il pensiyalar 450 manat olacaq - Nazir açıqladı

Sosial

11 Noyabr 2022 15:22 7873


"Ölkədə maaşların artırılması istiqamətində islahatlar davam edir və bunun nəticəsini görürük".

Yenisabah.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasına qatılan əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, ümumi pensiyaların 400 manatın üzərində olması üzrə işlər görülür: Pepperoni pizza

“Yaşa görə pensiyanın 450 manat, ümumi pensiyanın isə 400 manat olması üçün işlər görülür. Əhaliyə ödənişlərin, xüsusilə pensiya ödənişlərinin 650 milyon manat artımı pensiyaçılarımız üçün çox önəmlidir".

S.Babayev, həmçinin yeni iş yerlərinin sayının artırıldığını, məşğulluq proqramlarının davam etdiyini diqqətə çatdırıb. Qeyd edib ki, bu sahədə elektronlaşma aparılıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!