Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

“Gəlin ərindən əvvəl qayınanasından icazə almalıdır“  - Əməkdar artist
27 May 2021 15:37
784

“Gəlin ərindən əvvəl qayınanasından icazə almalıdır“ - Əməkdar artist

Əməkdar artist Dilarə Əliyeva gəlin-qayınana münasibətlərindən danışıb.

Yenisabah.az xəbər verir ki, ARB telekanalında yayımlanan “Söhbət var” proqramında bu barədə danışan sənətçi qayınanası ilə yaşayan gəlinlərin ondan icazə almalı olduğunu deyib:

"Qayınana ilə bir evdə yaşayırsansa, borcundur nə addım atırsansa, nə planlayırsansa, evdəki böyüklə məsləhətləşəsən. Evdən çıxıb harasa getməlisənsə, zəhmət çək yoldaşından əvvəl qayınandan icazə al. Hörmət saxlamaq başqa necə olur? Gəlin var evdən gedir, qayınanaya demir. Kollektiv yaşamağa öyrəşməlisiniz. Evdə ola bilməz ki, öz paltarını yuyub, qayınananınkın yumayasan. Özündən əvvəl qayınananı düşünməlisən. Evə getmək havası ilə gələn gedəcək. Nə edirsən et, gedəcək. Yola getmək istəyən isə o tərəfinə, bu tərəfinə keçəcək, bir üsulunu tapıb yaşayacaq".

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər