Gəncədə toy karvanında gəlin maşını işıq dirəyinə çırpılıb

saytların hazırlanması

Evə çatdırılma

Gəncədə toy karvanında gəlin maşını işıq dirəyinə çırpılıb

Hadisə

13 Sentyabr 2026 19:58 235


Gəncədə toy karvanında gəlin maşını işıq dirəyinə çırpılıb.

"Yeni Sabah" xəbər verir ki, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.

Prospektlə hərəkətdə olan “Mercedes” markalı minik avtomobili idarəetmədən çıxıb. Nəticədə minik maşını yol kənarındakı işıq dirəyinə çırpılıb. pizza mizza

Qeyd edək ki, gəlinin olduğu avtomobili bəy idarə edirmiş. Qəza nəticəsində bəy və gəlin xəsarət almayıb. Ancaq avtomobilə və işıq təsərrüfatına ciddi ziyan dəyib. Bəy və gəlin qəzadan sonra başqa avtomobillə toy mərasimi olan məkana gediblər.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.\APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!