Gəncədə xəsarət almış şəxsin ölməsi ilə bağlı cinayət işi başlandı

saytların hazırlanması

Evə çatdırılma

Gəncədə xəsarət almış şəxsin ölməsi ilə bağlı cinayət işi başlandı

Kriminal

13 May 2025 18:31 417


Gəncədə xəsarət almış şəxsin ölməsi faktı üzrə cinayət işi başlanılıb.

Baş Prokurorluğun Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, mayın 12-də, 2007-ci il təvəllüdlü Elgün İbrahimovun Gəncə şəhəri, M. Xələfov küçəsində yerləşən yataqxananın həyətində aldığı xəsarət nəticəsində bu gün müalicə olunduğu xəstəxanada vəfat etməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işinin ibtidai istintaqı aparılır. Dördpendirli pizza

Cinayət əməlini törətmiş şəxsin və ya şəxslərin müəyyən edilərək istintaqa cəlb olunması istiqamətində Daxili İşlər Orqanları ilə birgə zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!