9 Avqust - 05:10
“Gənclər öz ixtisaslarına uyğun iş tapmır“  - Nazir

“Gənclər öz ixtisaslarına uyğun iş tapmır“ - Nazir

Sosial

08 Dekabr 2021 10:56 405


“Son 4 ildə əmək müqavilələrinin sayı 30% artararaq, 1milyon 685 minə çatıb, əməkhaqqı fondunun 92% artıb”.

Yenisabah.az xəbər verir ki, bu sözləri Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev “Azərbaycan Karyera İnkişaf” Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, ölkədə hər il əmək bazarına təxminən 100 mindən çox gəncin daxil olması əmək qabiliyyətli əhalinin, o cümlədən gənclərin layiqli məşğulluğunun təmin olunması kimi qarşıya mühüm vəzifə qoyur:

“Əmək bazarına ilk dəfə daxil olan şəxslər bir çox hallarda öz peşə və ixtisaslarına uyğun iş tapmaqda çətinliklərlə rastlaşırlar. Digər tərəfdən, ixtisaslı işçi qüvvəsinin iqtisadi fəal əhalidə xüsusi çəkisi 35%-dən çox deyil”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!