Hazırki dövrdə dəblə ayaqlaşmaq, gözəl görünmək üçün istifadə edilən pirsinqin tarixi qədim dövrələrə dayanır. Pirsinq həvəskarları bədənlərinin bir çox yerinə pirsinq vurmağı sevirlər. Qaşlar, dodaqlar, burun, dil, göbək - demək olar ki, hər yer.
Pirsinq ingiliscədən “pierce” "deşmək, dəlik açmaq" sözündən yaranıb.
Yenisabah.az pirsinqin tarixi, onun ziyanının olub-olmaması barədə araşdırmanı təqdim edir: pizza hut
Pirsinqdən bəzək əşyası kimi hələ eramızdan əvvəl də istifadə edilirdi. 1991-ci ildə aşkarlanan və dünyanın ən qədim mumiyası hesab edilən Ötzinin qulaq nahiyəsində müxtəlif deşiklər var idi. Pirsinqlər üçün açılan bu dəliklərin ölçüsü isə 7-11 santimetr olub.
Həmin dövrlərdə pirsinq qulağa taxılırdı. İnsanlar hesab edirdilər ki, guya şeytan insan bədəninə qulaqdan daxil olur və bu metal pirsinqlər onu dəf edir, şeytanı insana yaxın buraxmır.
Qədim Hindistanda isə qadınlar burun deşiklərinə qızıl halqa taxırdılar. Bu onların ərlərinə məxsus olduğunu göstərirdi.
Qədim Romada isə cəngavərlər döşlərinin ucuna pirsinq taxardılar. Bu, qəhrəmanlıq, mərdlik rəmzi sayılırdı.
Pirsinq Afrika qəbilələrində də geniş yayılıb. Afrikada Makololo qəbiləsinin qadınları üst dodaqlarına pirsinq taxırdılar. Bu pirsinqlər onlara təhlükə yaxınlaşan zaman qeyri-adi səs çıxarmağa imkan verirdi.
Pirsinqlərinin çoxunun mənşəyi qədim tarixdən gəlsə də, qaş pirsinqi 70-ci illərin ortalarından dəbə minib. Bu pirsinq növü “Punk” mədəniyyəti ilə daha da populyarlaşmışdı. 70-ci illərin ortalarında İngiltərə, ABŞ, Kanada və Avstraliyada ortaya çıxan “punk”lar cəmiyyətə və siyasətə qarşı tənqidi münasibət bəsləyən gənclər idi. Onlar azad sevginin tərəfdarı idilər, mühafizəkarlıq, avtoritarizm, radikal kapitalizm və irqi ayrıseçkiliyə qarşı çıxırdılar. Qaşa taxılan pirsinq növü ən çox üstünlük verilən nahiyələr arasında üçüncü yerdədir.
Bəzi ölkələrdə kişilər və qadınlar cinsiyyət orqanlarına da pirsinq taxırlar. Məsələn, Meksikada gənclərin bu cür pirsinq taxması qəhrəmanlıq kimi qəbul edilir. Meksikada pirsinq “sevgi oyuncağı” adlanır. Cinsi əlaqə zamanı pirsinqin qadınlara qeyri-adi hisslər bəxş etdiyi iddia edilir.
Pirsinqin sağalma dövrü 1 aydan 6 aya qədər uzana bilər. Bəzi hallarda bu proses daha uzun zaman alır. Bu da deşici iynədən və vurulan pirsinqin materialından asılıdır.
Ziyanlarına gəldikdə isə, bu işi icra edən ustalar onun hansısa ziyanının olmadığını söyləyirlər. Sadəcə olaraq dəri deşildikdən bir müddət sonra təmizliyə riayət edilməsi əsas şərt hesab edilir.
Bu gün ölkəmizdə bir çox təhsil müəssisələri, işəgötürənlər və dini icmalar adətən pirsinqin taxılmasını məhdudlaşdırırlar.
Əsmətxanım
Telegram kanalımız