“Gəncliyin Zəfər sədası“ platformasının iştirakçıları mükafatlandırıldı   - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

“Gəncliyin Zəfər sədası“ platformasının iştirakçıları mükafatlandırıldı - Fotolar

Sosial

27 Dekabr 2022 15:07 760


Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin IV kurs tələbələrinin formalaşdırdığı "Gəncliyin Zəfər Sədası" adlı vahid platformanın fəal iştirakçılarının mükafatlandırma mərasimi keçirilib.

Yenisabah.az xəbər verir ki, layihənin uğurla başa çatması ilə bağlı reallaşan tədbirdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak edib.

Şəbəkənin aktiv üzvlərinin hər birinə xüsusi təşəkkürnamə verilib.   Sezar pizza

BDU-nun  və Sosial Tədqiqatlar Mərkəzinin rəhbərlyi iştirakçılara həm təşəkkür, həm də təbrik məktubu ünvanlayıb.

Qeyd edək ki, noyabrın 6-dan 8-dək olan müddətdə 500-ə yaxın gənc müvafiq həştəqlərlə tvitlər atıb. Əsgər və zabitlərimizin igidliyi nəticəsində Vətən müharibəsi zamanı qazandığımız böyük Zəfərlə əlaqəli yaradılan həştəqlər həm respublika daxilində, həm də dünya trendində sırasında birinci yerə yüksəlib.

Sözügedən layihənin üzvləri sosial şəbəkələrdə aşağıdakı həştəqlərlə paylaşımlar edib: #Zəfərinamdanbaşlayır #Zəfərfədakarlıqlaqazanılır  #Zəfərqorumaqlayaşadılır  #victoriousAzerbaijan

#Victoryday #Trustinvictory

#Sacrifaceforvictory

#KarabakhisAzerbaijan

#8novemberisvictoryday

#VictorydayofAzerbaijan

#ShushaisAzerbaijan

#Azerbaijanitruths #Azerbaijan #Shusha

Həcər ƏMİRASLANLI


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!