General Qurban Qurbanova “zerkalnıy” nömrə hədiyyə etdi

saytların hazırlanması

Evə çatdırılma

General Qurban Qurbanova “zerkalnıy” nömrə hədiyyə etdi

Sosial

14 İyul 2024 17:32 17965


Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanova jest edib.

Yenisabah.az Sportinfo.az-a istinadən xəbər verir ki, o, Ağdam klubunun çalışdırıcısına "77-QQ-777" seriyalı dövlət nömrə nişanı bağışlayıb.

Bu da təsadüfi deyil. Generalın futbola böyük həvəsi var. "Qarabağ"ı xüsusən diqqət mərkəzində saxlayır. Pepperoni pizza

Öncəki illərdə "Turan Tovuz"a maddi dəstək vermiş R.Zeynalov ara-sıra stadiona da baş çəkir, "köhlən atlar"ın avrokuboklarda keçirdiyi ev oyunlarını izləyir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!