General: Yeni yaradılan həbsxanada üztanıma sistemi tətbiq olunacaq

saytların hazırlanması

Evə çatdırılma

General: Yeni yaradılan həbsxanada üztanıma sistemi tətbiq olunacaq

Sosial

18 Mart 2024 13:42 468


Lənkəranda yeni yaradılmış penitensiar kompleksində məhkumların məhkəməyə “online” qoşulması üçün xüsusi yerlər və üz tanınmasına dair xüsusi kompüterlər quraşdırılıb.

Yenisabah.az "Report"a istinadla xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin Lənkəranda yeni istifadəyə verilmiş penitensiar kompleksində keçirilmiş mediatur zamanı ədliyyə general-mayoru Oqtay Məmmədov deyib.

O bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin bütün sahələri, eləcə də Ədliyyə Nazirliyinin strukturu olan Penitensiar Xidmət təkmilləşdirilir: Pepperoni pizza

“Cəzaçəkmə müəssisələrində saxlanılan məhkumların şəraiti yaxşılaşdırılır. İdarəetmədə innovativ texnologiyalardan istifadə edilir. Bir neçə ay əvvəl Umbakı Penitensiar müəssisəsinin fəaliyyətə başlaması, eləcə də Lənkəranda yaradılan yeni cəzaçəkmə müəssisəsi məhkumlara diqqət və qayğının nümunəsidir.

Kompleksdə bütün müasir tələblər nəzərə alınıb. Müəssisədə məhkumların məhkəməyə "online" qoşulması üçün xüsusi yerlər və üztanıması üçün xüsusi kompüterlər var. Məhkumların asudə vaxtlarını səmərəli keçirmək üçün idman zalları və islah işlərini aparmaq üçün müvafiq yerlər var".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!