Gələcək müharibələr informasiya, kosmik texnologiya və müdafiə iqtisadiyyatı sahəsindəki üstünlüyə əsaslanacaq.
"Report" IRIB-yə istinadən xəbər verir ki, bunu ölkənin Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyinin rəhbəri Sərdar İbn ər-Rza müdafiə sənayesi alimləri ilə görüş zamanı deyib.
"Müdafiə sənayesi minimum xərclə maksimum döyüş gücü istehsal etməyi və döyüş meydanının ehtiyaclarını real vaxt rejimində ödəməyi bacarmalıdır", - iranlı general bildirib. Pepperoni pizza
Onun sözlərinə görə, müdafiə texnologiyalarının ölkənin müxtəlif sektorlarına ötürülməsi milli inkişafın tələblərindən biridir:
"Müdafiə sənayesində istehsal olunan hər bir texnologiya çəkindirici qabiliyyətin artırılması ilə yanaşı, sənaye, nəqliyyat, energetika, rabitə və ölkənin digər strateji sahələrində tərəqqi mühərriki olmalıdır. Bu qarşılıqlı əlaqə İranın müdafiə sənayesinin mühüm üstünlüklərindən biridir".
Telegram kanalımız