Azərbaycanda hər 100 qıza 115 oğlan düşür. Buna səbəb Azərbaycanda bir çox gənc ailənin qız uşaqlarını ana bətnində abort etdirməsidir.
Azərbaycanlılar niyə oğlan uşaqlarının doğulmasında maraqlıdırlar?
Bu mənfi tendensiya dünyanın digər ölkələrində də varmı? Dördpendirli pizza
Bunun gələcəkdə hər hansı fəsadı ola bilərmi?
Psixoloq Vüsalə Rüstəm “Yeni Sabah”a açıqlamasında deyib ki, azərbaycanlı ailələrin oğlan övladına sahib olmaq arzusu ölkədə gender bərabərliyini pozur. Onun sözlərinə görə, oğlan uşaqlarına xüsusi münasibət qədim Şərqdən qalma lazımsız bir düşüncədir və təəssüf ki, 21-ci əsrdə yaşamağımıza baxmayaraq, hələ də bundan qurtula bilməmişik:
“Ərəblər doğulan qız uşaqlarını diri-dırı torpağa basdırırlarmış. Bu dəhşətli əməli Məhəmməd peyğəmbər qızı ən xeyirli övlad adlandırıb ona önəm verənə kimi davam etdiriblər. Hətta bu da özünə müsəlman deyən çox adamı fikrindən daşındıra bilməyib. Dastanlarımızda belə qızı olanla oğlu olanın çadırlarının rəngində fərq olub. Buna aid çoxlu misallar çəkmək olar”.
Psixoloqun fikrincə, lazımsız fikirlər şüuraltı nəsillərə ötürülüb. Vüsalə xanım məsələyə tibbi və bioloji tərəfdən yanaşmağın vacib olduğunu deyib:
“İnsan dünyaya gəlməmişdən öncə hüceyrə səviyyəsində birləşmə baş verir və hüceyrələr tamamilə bir-birinə birləşib ortadan yarı bölünür. Əgər tən yarıdırsa o deməkdir ki, ata və ana genini bərabər daşıyacaq, sadəcə, dominant, ressesiv xəstəliklər və xüsusiyyətlər olacaq. O zaman ortaya sual çıxır: Əgər hər iki hüceyrə birləşib tam ortadan bölünürsə, uşaq hardan təkcə sənin nəslinin davamçısı olur? Bəs qız uşağında da yaranma eyni cürdürsə, o niyə olmur? Tək hüceyrə sənin nəslini yarada bilərdimi? Xeyr. Mütləq qarşı cins olmalıdır. O da hüceyrə səviyyəsində tam qarışır. Ortaya çıxacaq uşaq bəlkə ana genlərini daha çox daşıyacaq. Genetikanı dərin bilməyən insanlar hələ də elə düşünür ki, nəslinin davamçısı oğlan uşağıdır. Bu da qədimdən gələn cahil fikirdir ki, bunun nəticəsində hazırda bəzi ailələr qız uşağını doğulmadan məhv edir.
Maraqlısı odur ki, bəzən bir ailənin 3 oğlu, 1 qızı olur. Hər şeylərini oğlan uşağına verirlər, amma sonda saymadıqları qız övladına möhtac qalırlar.
Övlad olduqda cinsi seleksiya ən arzuolunmaz haldır. Gender bərabərliyi pozulduqda gələcəkdə geri dönüşü olmayan problemlər ortaya çıxacaq.
Hansı ki, Avropa ölkələrinin çoxunda gender bərabərliyinin pozulması böyük problemlərə yol açıb. Doğrudur, seçim hər adamın öz işidir. Amma cahil insanın seçimi fəlakətə səbəb olur. Gərək belə insanlara nəzarət ola”.
Nəsimi ƏLƏSGƏRLİ
Telegram kanalımız