“Özünü yığışdır, get atanın evini çək” – Müğənni Zaur Kamalı hədələdi   - Video

saytların hazırlanması

Evə çatdırılma

“Özünü yığışdır, get atanın evini çək” – Müğənni Zaur Kamalı hədələdi - Video

Şou

26 Oktyabr 2019 11:30 2448


 Əməkdar artist Yusif Mustafayev aparıcı Zaur Kamala sərt sözlər ünvanlayıb.

“Yeni Sabah” xəbər verir ki, Zaur Kamalın "5/5" verilişində onun villasının görüntülərini yayımlaması ifaçını qəzəbləndirib.

Y.Mustafayev digər kanalların birində Zauru hədələyib:   Dominos pizza

"Çox evim yoxdur. Bir dənə evim var, iki mərtəbədir və 22 adam yaşayır. Bunu böyüdüb, ediblər dəhşət bir şey. Əziyyət çəkmişəm, qazanmışam və ev tikmişəm. Oğlanlar var ki, məndən də imkanlıdır, amma evi yoxdur. Evimi çəkib verənə lənət olsun. Söz tapmırlar danışmağa. Deyirlər, get onu məhkəməyə ver ki, icazəsiz evini çəkib. Etmirəm, lazım deyil. Evimi çəkdirən oğlan, özünü yığışdır, ayıb olsun sənə! Get atanın evini çəkdir. İçəri girə bilməyiblər, qələt edirlər. Gəlib, uzaqdan çəkiblər”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!