“Gey dostlarım çoxdur...” - Lətifə cinsi azlıqları göstərmək istədikləri layihəsindən danışdı

saytların hazırlanması

Evə çatdırılma

“Gey dostlarım çoxdur...” - Lətifə cinsi azlıqları göstərmək istədikləri layihəsindən danışdı

Şou

17 Yanvar 2020 14:22 3022


Müğənni Lətifə Soyuöz "Sınaq" klipindəki qalmaqallı epizoddan danışıb.

“Yeni Sabah” xəbər verir ki, sənətçi Axşam.az-a açıqlamasında ekran işində rəqqasə əvəzinə kişi rəqqas seçməsinə aydınlıq gətirib:

"Burada kişi rəqqasın yer alması cinsi azlıq kimi qiymətləndirildi. Bu haqda bizə çox yazdılar. Ssenarini fikirləşəndə bunun belə olacağını bilirdik. Elə biz də burada cinsi azlıqları göstərməyə çalışdıq. Marqarita pizza

Tənqidlər məni narahat etmir. Elə zəmanəyə gəlmişik ki, ətrafımızda geylər çoxdur. İnsanların vizual, içdən özünü necə hiss etdiyinə önəm vermirəm. Mənə insanın özü, qəlbinin təmizliyi önəmlidir.

Necə deyə bilərəm ki, gey görəndə üzümü çevirirəm? Əsla! Heç kimi qınaya bilmərik. Sabah insanın öz başına nə gələcəyi bəlli deyil. Gey dostlarım çoxdur, hamısına da hörmət edirəm".

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!